Azərbaycana bu yay 3,4 mln. dollarlıq dondurma idxal edilib

Azərbaycana bu yay 3,4 mln. dollarlıq dondurma idxal edilib
# 14 noyabr 2020 13:20 (UTC +04:00)

Bu ilin yay ayları (iyun-avqust) ərzində Azərbaycana ümumilikdə 3,407 mln. ABŞ dolları dəyərində 711,97 ton dondurma və digər yeyinti buz növləri idxal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanın dondurma idxalının ən böyük hissəsi Türkiyənin payına düşüb. Hesabat dövründə qonşu ölkədən Azərbaycana 1,944 mln. dollar dəyərində 322,51 ton dondurma idxal olunub.

MDB ölkələrinə gəldikdə, sözügedən ölkələrdən 1,164 mln. dollar dəyərində 312,66 ton dondurma idxal olunub. MDB ölkələri arasında Azərbaycanın ən çox dondurma aldığı ölkə Rusiya olub. Yay mövsümündə bu ölkədən 824,44 min dollarlıq 210,21 ton dondurma alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR