Azərbaycana əczaçılıq məhsullarının idxalı kəskin artıb

Azərbaycana əczaçılıq məhsullarının idxalı kəskin artıb
# 17 mart 2021 10:23 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 81 017,29 min ABŞ dolları dəyərində 5 157,4 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4%, həcmi isə 75,7% artıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevralda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 7%, həcm ifadəsində isə 44,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR