Azərbaycana mebel idxalı azalıb

Azərbaycana mebel idxalı azalıb
# 22 fevral 2020 13:38 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana 5 716,06 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu kateqoriyadan olan mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2 180,16 min ABŞ dolları və ya 27,6% azalıb.

Bu ilin yanvar ayında Azərbaycan 133 ölkə ilə 2 851 117,99 min ABŞ dolları dəyərində ticarət əməmliyyatı həyata keçirib. Ticarət dövriyyəsinin 720 912,65 min dolları idxal əməliyyatlarının payına düşüb. Hesabat ayında ölkəyə 4 889 çeşiddə mal idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR