Azərbaycana məşhur Belçika şokolad brendi idxal olunacaq

Azərbaycana məşhur Belçika şokolad brendi idxal olunacaq
  • Clock-gray 12:12
  • calendar-gray 24 İyul 2020

Belçikanın məşhur premium şokolad brendi olan "Rosali Sambar" Azərbaycana idxal olunacaq.

"APA-Economics"in "The Financial"a istinadən verdiyi məlumata görə, sözügedən şokolad Gürcüstanda istehsal olunur. "Rosali Sambar"ın direktoru David Mindiaşvili bildirib ki, hazırda Bakının ən böyük şirkətlərindən biri ilə danışıqlar aparılır: "Danışıqlar bitən kimi "Rosali Sambar" şokoladlarını yaxın aylarda Azərbaycanda görmək mümkün olacaq".

Bundan əlavə, şirkət öz məhsul xəttinə Avropa və ABŞ-da populyar olan yeni duz, istiot və digər dadlarda olan şokolad növlərini əlavə etməyi planlaşdırır.

Qeyd edək ki, "Rosali Sambar" şirkəti Gürcüstan bazarında artıq 15 il fəaliyyət göstərir və 100% kakaodan ibarət olan yeddi növdə Belçika şokoladı istehsal edir.

APA-Economics

Digər xəbərlər