Azərbaycana ötən il 20 mln. dollarlıq meyvə qurusu idxal olunub

Azərbaycana ötən il 20 mln. dollarlıq meyvə qurusu idxal olunub
# 17 mart 2021 14:05 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycana xaricdən 19,887 mln. ABŞ dolları dəyərində (33,809 mln. manat) 12 812,89 müxtəlif növ qurudulmuş meyvələr idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici əvvəlki illə müqayisədə miqdar ifadəsində 7,2%, dəyər ifadəsində isə 3,6% artıb.

Qurudulmuş meyvələr arasında ən çox ölkəyə idxal olunan xurma olub. Belə ki, ötən il Azərbaycana 6,006 mln. dollarlıq (10,210 mln. manat) 5 454,37 ton xurma gətirilib ki, bu da 2019-cu illə müqayisədə həcm ifadəsində 3,2%, dəyər ifadəsində isə 24,9% azdır.

Ötən il Azərbaycan ən çox meyvə qurusunu İrandan idxal edib. Belə ki, hesabat dövründə İrandan Azərbaycana 9,784 mln. dollar (16,633 mln. manat) dəyərində 7 994,6 ton meyvə qurusu tədarük edilib ki, bu da illik müqayisədə həcm ifadəsində 31%, dəyər ifadəsində isə 33,6% çoxdur.

Gətirilən məhsullar arasında həmçinin, üzüm, ərik, gavalı, alma quruları və qoz çoxluq təşkil edib.

Qeyd edək ki, təkcə bu ilin yanvar ayında Azərbaycan 2,326 mln. dollarlıq (3,954 mln. manat) 1 303,66 ton sözügedən məhsullardan gətirib. Bu da 2020-ci ilin yanvar ilə müqayisədə müvafiq olaraq 55,4% və 42,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR