Azərbaycana ötən il 377 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib, dekabrda ixdal kəskin artıb

Azərbaycana ötən il 377 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib, dekabrda ixdal kəskin artıb
# 15 yanvar 2021 17:55 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycana 377,145 mln. ABŞ dolları dəyərində 22 673,04 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ildə Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri 2019-cu il ilə müqayisədə 27,2%, həcmi isə 37,2% artıb.

Təkcə dekabr ayı ərzində ölkəyə 45,147 mln. dollar dəyərində 2 039,57 ton sözügedən məhsullardan idxal edilib ki, bu da noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 70,1%, həcm ifadəsində isə 8,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR