Azərbaycana ötən il 9,5 mln. manatlıq dezinfeksiyaedici vasitələr idxal edilib

Azərbaycana ötən il 9,5 mln. manatlıq dezinfeksiyaedici vasitələr idxal edilib
# 24 fevral 2021 15:29 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycana 5,597 mln. ABŞ dolları dəyərində (9,515 mln. manat) 1 788,9 ton dezinfeksiyaedici vasitələr idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici həcm baxımından 62,2%, dəyər ifadəsində isə 57,1% artıb. Ötən il ölkəyə ən çox dezinfeksiyaedici vasitələr Türkiyə, Böyük Britaniyada və Almaniyadan idxal olunub.

Hesabat dövründə, Türkiyədən ölkəyə 2,647 mln. dollar dəyərində 900,11 ton, Böyük Britaniyadan 1,093 mln. dollarlıq 323,01 ton Almaniyadan isə 497,13 min dollar dəyərində 144,04 ton dezinfeksiyaedici vasitələr gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR