Azərbaycana tütün məmulatlarının idxalı 34% artıb

Azərbaycana tütün məmulatlarının idxalı 34% artıb
# 17 mart 2021 09:27 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 14 485,50 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 674,11 min dollar və ya 34% çoxdur.

Qeyd edək ki, bu ilin ilk iki ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,9%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR