Azərbaycana xəz-dəri idxalı kəskin azalıb

Azərbaycana xəz-dəri idxalı kəskin azalıb
  • Clock-gray 12:30
  • calendar-gray 24 Fevral 2020

Bu ilin yanvar ayı ərzində Azərbaycana 113,23 min ABŞ dolları dəyərində təbii və süni xəz və ondan hazırlanan məmulatlar idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni adlı məhsul idxalı 2 dəfədən çox azalıb.

Bildirək ki, Azərbaycanın bu məhsul üzrə ixrac əməliyyatı mövcud deyil.

Həmçinin hesabata əsasən, bu ilin ilk ayı ərzində 2,01 min dollar dəyərində ipək idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə ipək idxalının 3 dəfədən çox azalması deməkdir.

Ötən ilin yanvar ayında 165 min dollarlıq ipək ixrac edən Azərbaycan bu il ərzində bu məhsul üzrə ixrac əməliyyatı həyata keçirməyib.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində Azərbaycan 133 ölkə ilə 2 851 117,99 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsinin 720 912,65 min dollarını idxal əməliyyatları əhatə edib. Bu müddətdə ölkəyə 4 889 çeşiddə mal idxal olunub.

Nərmin Rəhimova

Digər xəbərlər