Azərbaycanda 2 823 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub

Azərbaycanda 2 823 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub
# 17 iyun 2020 18:00 (UTC +04:00)

Mayın 22-dən iyunun 16-dək 6449 sahibkarlıq subyektində monitorinq keçirilib və 2823 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 16-da keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Aran market”də, “Qəbələ restoranı”nda, Bayram Məmmədova məxsus “Kafe”də, Yusif Əliyevə məxsus “Avto salon”da, Yasamal rayonunda “Telefon aksesuar” mağazasında, “Maxsimums çay evi”ndə, “Kəhraba restoranı”nda, Nəsimi rayonunda “28 May” Ticarət Mərkəzində “Mobil aksesuarlar”, “Kitab ləvazimatları” mağazalarında, Xalid Hüseynzadəyə məxsus “Mağaza”da, Yaşar Əliyevin “Rəssamlıq” xidmət obyektində, Xətai rayonunda “İki dost kafe”də, Kamalə Əliyevaya məxsus “Kosmetik vasitələr”, Esmira Məmmədovaya məxsus “Dondurma satışı” mağazalarında, Səbail rayonunda “Domik”, “Kompüter avadanlığı” mağazalarında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda Xaqani Həmzəyevə və Tərxan Soltanlıya məxsus “Mağaza”larda, İlham Şumalova məxsus “Kafe”də, Mingçevirdə “Nur Butir”, “Elitar”, “Ayaqqabı Satışı”, “Style geyim”, “Türk Xalça”, “Geyim” mağazalarında, Yusif Abbasova məxsus “Dönər”də, Abşeron rayonunda “Paşa döner”də, Zabit Həsənova məxsus “Balıq kafesi”ndə, Füzuli rayonunda Samir Hüseynova məxsus dəftərxana ləvazimatlarının, Rəşad Əhmədova məxsus telefon, Oktay Hüseynova məxsus tikinti materiallarının satışı mağazalarında, Masallı rayonunda “Ağa market”də, “Optimal Electronics” mağazasında, Habil Əzimova məxsus “Kitab evi”ndə, Qəbələ rayonunda “Günəş-Yeni Market”də, Osman Ağayevə məxsus “Ət dükanı”nda, Cümşüd Əzimova məxsus “Qızıl mağazası”nda, “Türk dönər”də, Xaçmaz rayonunda "Buşra Butik”, "Mona Liza" mağazalarında, "İSOT №1" ictimai iaşə obyektində, Şamaxı rayonunda “Rəşad Market”də, İlqar Məmmədova məxsus “Tikinti materialları” mağazasında, Naftalan rayonunda “Naftalan Mall”da, ümumilikdə monitorinqin keçirildiyi 363 obyektdən 147-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR