Azərbaycanda 25 dövlət əmlakı özəlləşdiriləcək

Azərbaycanda 25 dövlət əmlakı özəlləşdiriləcək
# 29 dekabr 2020 11:39 (UTC +04:00)

Azərbaycanda 25 dövlət əmlakı (kiçik dövlət müəssisəsi və yarımçıq tikili) özəlləşdiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, növbəti hərrac 26 yanvar tarixində təşkil ediləcək.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR