Azərbaycanda 25 kiçik dövlət müəssisəsi həraca çıxarılır

Azərbaycanda 25 kiçik dövlət müəssisəsi həraca çıxarılır
# 27 yanvar 2021 15:10 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 23 fevral tarixində təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 39-u isə səhmdar cəmiyyətidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin səhifəsindən tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR