Azərbaycanda 37 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Azərbaycanda 37 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır
# 20 oktyabr 2020 12:53 (UTC +04:00)

17 noyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil ediləcək.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, hərraca 37 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR