Azərbaycanda 388 ticarət və ictimai iaşə obyektində sanitar-epidemioloji tələblər pozulub

Azərbaycanda 388 ticarət və ictimai iaşə obyektində sanitar-epidemioloji tələblər pozulub
# 03 iyul 2020 11:13 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində apardığı nəzarət tədbirləri çərçivəsində, iyulun 2-də monitorinqlər keçirilən 532 ticarət və ictimai iaşə obyektinin 388-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, aradan qaldırılması mümkün olan hallarla bağlı bir sıra sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib, müəyyən edilən qaydaların və tələblərin ciddi şəkildə pozulmasına yol verilmiş obyektlərin sahibləri barədə isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Nəzarət tədbirləri zamanı satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR