Azərbaycanda 6 359 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub

 Azərbaycanda 6 359 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub
  • Clock-gray 18:50
  • calendar-gray 10 İyul 2020

Mayın 22-dən iyulun 10-dək monitorinq aparılmış 13 631 sahibkarlıq subyektindən 6 259-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 9-da keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Aptek 561”də, Ceyhun Əzizova məxsus mağazada, Ağagül Əzizova məxsus kafedə, Suraxanı rayonunda “Elnur market”də, “Maqa market”də, “Boom store 108”də, “Maşallah inşaat”da, “Zahidoğlu ərzaq mağazası”nda, Nərimanov rayonunda “Rooms dam örtükləri” mağazasında, “Sehrli qapı mağazası”nda, “Cənnət – Gəncə kafesi”ndə, Nizami rayonunda Fəxriyyə Hətəmovaya və Famil Mustafayevə məxsus ərzaq mağazalarında, Nəriman Rahimova məxsus “Dönər” ictimai-iaşə obyektində, Xətai rayonunda “Fidan market”də, Könül Zeynalovaya məxsus ərzaq mağazasında, Yasamal rayonunda “Lakmi mağazası”nda, “Gəncə şirniyyat evi”ndə, “Entree kafesi”ndə, Qaradağ rayonunda “Nur həyat mebel mağazası”nda, "Ucuzluq univermaq"da, Günay Miralayevaya məxsus geyim mağazasında,  Xəzər rayonunda  Kəbir Ağayevə məxsus “Avtoehtiyat hissələri”, Natiq Şıxəliyevə məxsus tikinti materialları mağazalarında, Nəsimi rayonunda “Səba ət və süd məhsulları” mağazasında, Ramin Hüseynova və Şakir Məmmədova məxsus xırdavat mağazalarında, Səbail rayonunda “Xan kofe” ictimai-iaşə xidmətində, Sabunçu rayonunda “İmpuls mobile mağazası”nda, Pərviz Namazova və Gülnarə Novruzovaya məxsus un məmulatlarının bişirilməsi ticarət və xidmət obyektində, Ağsu rayonunda “Aptek Zeytun 2”də, Daşqın Usubalıyevə məxsus “Foto Studio”da, İnqilab Məmmədova məxsus “Qadın və Uşaq geyimləri” mağazasında, Lənkəran rayonunda “Cahid Market”də, “Favorit inşaat malları”, “Nur uşaq aləmi” və Elvar Həsənzadəyə məxsus “Yem məhsulları satışı” mağazalarında, Balakən rayonunda Kamal Cumayevə məxsus “Uşaq geyimləri mağazası”nda, Füzuli rayonunda Ürfət Tağıyevə məxsus xırdavat mağazasında, Yasəf Alıyevə məxsus elektrik avadanlıqlarının təmiri obyektində, Dəyanət Məmmədova məxsus bərbərxanada, Yevlax rayonunda “Paşa market”də, “Tural market”də, “Ərəb market”də, Nizami Paşayevə məxsus ət kəsimi obyektində, Əvəz Orucova məxsus ərzaq mağazasında, Qusar rayonunda "Səma market”də, "Zengezur hotel&restaurant”da, ümumilikdə, monitorinq aparılmış 585 obyektin 206-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Ümumilikdə iyulun 9-da nəzarət tədbirləri keçirilmiş 95 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Mirsəid İbrahimzadə

Digər xəbərlər