Azərbaycanda Biznes Təlimçilər Assosiasiyası yaradılacaq

Azərbaycanda Biznes Təlimçilər Assosiasiyası yaradılacaq
# 24 fevral 2020 15:30 (UTC +04:00)

Azərbaycanda Biznes Təlimçilər Assosiasiyasının yaradılması planlaşdırılır.

Bunu "APA-Economics"ə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, Assosiasiya "Öz Biznesini Başla və Təkmilləşdir" (ÖBBT) proqramının iştirakçısı olan 144 təlimçini bir araya gətirəcək: "Cari ilin birinci yarısında ümumrespublika təlimçilər konfransı təşkil olunacağı gözlənilir ki, bu tədbirin vaxtı təyin olunduqdan sonra Assosiasiyanın yaradılması ilə bağlı işlər planlaşdırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR