Azərbaycanda "Qida biznes klubu" təsis olunacaq

Azərbaycanda "Qida biznes klubu" təsis olunacaq
# 10 sentyabr 2020 12:50 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində sahibkarların iştirakı ilə müxtəlif sahələr üzrə "Qida biznes klubu"nun təsis edilməsi nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"un təşkil etdiyi onlayn "B2G Forum" çərçivəsində çıxış edən AQTA-nın sədr müavini Rəşad Mafusov deyib.

O, sahibkarları təsis olunacaq biznes kluba üzv olmaqlarına və Agentliyin təqdim etdiyi xidmətlərdən faydalanmağa çağırıb.

R. Mafusov həmçinin qeyd edib ki, 2019-2020-ci illər ərzində Azərbaycanda heyvan mənşəli məhsul ixrac etmək istəyən 50 dən artıq xarici müəssisə Agentlik tərəfindən qiymətləndirilib və sözügedən müəssisələrin ölkəyə məhsul ixracı üçün tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR