Azərbaycanda Rəqabət Məcəlləsi ilin sonunadək qəbul oluna bilər

Azərbaycanda Rəqabət Məcəlləsi ilin sonunadək qəbul oluna bilər
# 17 fevral 2021 11:41 (UTC +04:00)

Azərbaycanda rəqabətin təmin olunması məqsədilə Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir ki, məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb.

APA-Economics”in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq qanunvericilik prosesinə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub: “Ümid edirik, cari ilin sonunadək Rəqabət Məcəlləsi qəbul olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR