Azərbaycanda beş dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycanda beş dövlət müəssisəsi özəlləşdirilib
# 31 mart 2021 15:39 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan hərracda 4 kiçik dövlət müəssisəsi və 1 səhmdar cəmiyyəti özəlləşdirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhəri və Qusar rayonunda yerləşir. Hərracda "Yevlax Kəndtəchizat" ASC-nin səhm paketi də satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR