Azərbaycanda çörək istehsalı artıb

Azərbaycanda çörək istehsalı artıb
# 16 dekabr 2020 14:50 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 294,4 min ton çörək istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.

Təkcə noyabr ayında ölkədə 118,3 min ton çörək istehsal olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 0,4% və ya 0,5 ton azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR