Azərbaycanda əczaçılıq və tibbi malların alışı 30% artıb

Azərbaycanda əczaçılıq və tibbi malların alışı 30% artıb
# 17 aprel 2020 17:22 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi malların alınmasına 144,7 mln. manat sərf edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 30,5% çoxdur. Təkcə ötən ay əhaliyə 53,4 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da fevral ayı ilə müqayisədə 5,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,6%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR