Azərbaycanda dekabrda 40-dan çox dövlət əmlakı hərraca çıxarılacaq

Azərbaycanda dekabrda 40-dan çox dövlət əmlakı hərraca çıxarılacaq
  • Clock-gray 13:23
  • calendar-gray 20 Noyabr 2020

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac 15 dekabr tarixində təşkil ediləcək. Hərraca 41 dövlət əmlakı (səhmdar cəmiyyətləri) çıxarılacaq.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ƏMDX-nin rəsmi səhifəsində (https://bit.ly/2KrhaaP) yerləşdirilib.

Xidmət tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

 

Hüseyn Vəliyev

Digər xəbərlər