Azərbaycanda dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin iştirakı genişləndirilə bilər

Azərbaycanda dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin iştirakı genişləndirilə bilər
  • Clock-gray 15:22
  • calendar-gray 14 Yanvar 2021

Azərbaycanda dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin o cümlədən kiçik və orta biznes subyektlərinin iştirak imkanlarının genişləndirilməsi müzakirə olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələnin vacibliyi ASK ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında onlayn formatda keçirilən görüşdə qeyd olunub.

Bildirilib ki, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. 

Hazırda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanun layihəsi üzərində işlərin yekunlaşmaqda olduğu, bu sahədə prosedurların asanlaşdırılması üçün zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlərin aparıldığı bildirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər