Azərbaycanda faydalı qazıntı yataqlarının hərracla istifadəyə verilməsinə başlanılıb

Azərbaycanda faydalı qazıntı yataqlarının hərracla istifadəyə verilməsinə başlanılıb
  • Clock-gray 16:35
  • calendar-gray 19 Mart 2021

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında imzalanan müqaviləyə əsasən, bəzi faydalı qazıntı yataqlarının hərrac qaydasında istifadəyə verilməsinə başlanılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, məqsəd rəqabətliliyi təmin etmək, müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə bu sahədə fəaliyyət göstərən sahibkarlara daha da əlverişli şəraitin yaradılması və prosedurların sadələşdirilməsidir.

İlkin olaraq 16 aprel tarixində “Göygöl-1” gil yatağının istismara verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracda Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.

Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından və Özəlləşdirmə portalından tanış olmaq olar.

Hüseyn Vəliyev

Digər xəbərlər