Azərbaycanda hərbi və xüsusi texnikalarda istifadə üçün motor yağları sınaqdan keçirilib

Azərbaycanda hərbi və xüsusi texnikalarda istifadə üçün motor yağları sınaqdan keçirilib
  • Clock-gray 16:44
  • calendar-gray 25 Dekabr 2020

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) xüsusi təyinatlı itiyerişli nəqliyyat dizellərində istifadə edilən yüksək keyfiyyətli motor yağı sınaqdan keçirilib.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən mühüm elmi nəticə əldə olunub.

Tətbiqi xarakterli elmi nəticə xüsusi təyinatlı itiyerişli nəqliyyat dizellərində istifadə edilən “M-16İXP-3” motor yağının yeni, yüksək keyfiyyətli analoqu “M-16İXP-3u” xüsusi təyinatlı motor yağının işlənilməsi ilə əlaqədardır.

Qeyd olunan motor yağının nümunəsi AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində hazırlanıb və bir neçə mərhələli sınaqdan keçib. Bu motor yağı hərbi və xüsusi texnikalarda istifadə üçün nəzərdə tutulub.

Hüseyn Vəliyev

Digər xəbərlər