Azərbaycanda ictimai iaşə dövriyyəsi koronavirusa görə kəskin azalıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi koronavirusa görə kəskin azalıb
# 17 noyabr 2020 16:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 605,0 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

Cari ilin oktyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin oktyabr ayı ilə müqayisədə təxminən 2 dəfə azalaraq 76 mln. manat təşkil edib.

Kəskin azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR