Azərbaycanda ictimai iaşə dövriyyəsi pandemiyaya görə ötən il 2,2 dəfə azalıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi pandemiyaya görə ötən il 2,2 dəfə azalıb
  • Clock-gray 16:08
  • calendar-gray 21 Yanvar 2021

2020-ci ildə Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 759,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azdır. Təkcə ötən ilin dekabr ayında ictimai iaşə dövriyyəsi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 3,2 dəfə azalıb.

"Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır", - komitədən bildirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər