Azərbaycanda iqtisadi fəal əhalinin sayı 1,1% artıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 1,1% artıb
# 16 dekabr 2020 14:48 (UTC +04:00)

Bu ilin noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 251,6 min nəfər olub, onlardan 4 886,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,1% artıb, məşğul əhalinin sayı isə 1,15% azalıb.

Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 685,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,9 min nəfər, qeyri-dövlət sektorunda isə 770,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 651,4 min nəfər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR