Azərbaycanda iqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb

Azərbaycanda iqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb
# 17 mart 2021 17:44 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni "alt səviyyə" əlavə edilib.

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, alt səviyyə mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.

Hazırda vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması zamanı yalnız 7 rəqəmli alt fəaliyyət növlərindən istifadə edilir.

7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR