Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyəti dövründə 1 500-dən çox lisenziya verilib

Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyəti dövründə 1 500-dən çox lisenziya verilib
# 13 fevral 2020 10:51 (UTC +04:00)

Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyətə başladığı 1 mart 2019-cu ildən bu günədək sözügedən platforma vasitəsilə 1 500-dən çox lisenziya verilib.

"APA-Economics"in məlumatına görə, bunu "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, ötən il bu portalın fəaliyyəti təkmilləşdirilib və informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 800-dən çox elektron lisenziya verilib.

"İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə 94 xidmət göstərilir ki, bu xidmətlərdən 68-i elektronlaşdırılıb. Elektron xidmətlərdən 63-ü interaktiv, 5-i informativ xidmətlərdir. Beləliklə, 68 xidmət dövlət reyestrinə daxil edilib. 2018-ci ildə nazirlik tərəfindən göstərilən elektron xidmətlərə edilən müraciətlərin sayı 94 min olubsa, 2019-cu ildə bu rəqəm 96 minə çatıb", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR