Azərbaycanda mikro və kiçik bizneslər üçün vahid elektron kommersiya portalı yaradılır

Azərbaycanda mikro və kiçik bizneslər üçün vahid elektron kommersiya portalı yaradılır
# 18 dekabr 2020 12:05 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılması yekunlaşmaq mərhələsində olan və elektron kommersiya konsepsiyasında fəaliyyət göstərəcək yeni portal biznes subyektlərin ixtiyarına veriləcək.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsi çərçivəsində Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, portal əsasən kiçik və mikro biznes subyektlərinin məhsul və xidmətlərinin vahid platforma vasitəsilə tanıdılması və onlayn satışının həyata keçirilməsi üçün nəzərdə tutulub: "Hədəfimiz ölkədə elektron ticarətin inkişafına dəstək olmaq və KOB-ları onlayn satış imkanlarından istifadəyə təşviq etməkdir. Portal KOB-lara şəxsi internet mağazanın yaradılması üçün öz maliyyə vəsaitlərindən istifadə etmədən məhsul və xidmətlərini tanıtmağa və satışı həyata keçirməyə imkan yaradacaq. Perspektivdə bu platformanın inteqrasiyasını da həyata keçirə bilərik və bunun üçün də konkret mexanizmlərimiz mövcuddur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR