Azərbaycanda məşğul əhalinin sayı 1% azalıb

Azərbaycanda məşğul əhalinin sayı 1% azalıb
# 16 mart 2021 12:59 (UTC +04:00)

Bu ilin martın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 259,2 min nəfər olub, onlardan 4 888,7 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,36% artıb, məşğul əhalinin sayı isə 1% azalıb.

Cari ilin fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 684,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,3 min nəfər, qeyri-dövlət sektorunda isə 769,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1650,8 min nəfər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR