Azərbaycanda pandemiyadan zərər çəkmiş vergi ödəyiciləri və fərdi sahibkarlara 7,4 mln. manat ödənilib

Azərbaycanda pandemiyadan zərər çəkmiş vergi ödəyiciləri və fərdi sahibkarlara 7,4 mln. manat ödənilib
  • Clock-gray 11:54
  • calendar-gray 24 Dekabr 2020

Pandemiyasından zərər çəkən sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilən Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8 657 muzdlu işçini əhatə edən 1 776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. 

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata əsasən, 3-cü maliyyə paketi çərçivəsində pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 1 446,9 min manat vəsait ödənilib.

Qeyd olunan rayonlar üzrə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 3-cü mərhələ çərçivəsində 12 982 vergi ödəyicisinə 5 991,9 min manat maliyyə dəstəyi göstərilib.

Ümumilikdə qeyd olunan rayonlar üzrə 3-cü mərhələ çərçivəsində vergi ödəyicilərinə və fərdi sahibkara 7 438,8 min manat vəsait ödənilib

Hüseyn Vəliyev

Digər xəbərlər