Azərbaycanda pandemiyadan zərər çəkən sahibkarlara ödəniləcək minimal və maksimal məbləğ məlum olub

Azərbaycanda pandemiyadan zərər çəkən sahibkarlara ödəniləcək minimal və maksimal məbləğ məlum olub
  • Clock-gray 18:57
  • calendar-gray 08 Aprel 2020

"Pandemiyadan zərər çəkən sahibkara ödəniləcək məbləğ 250 manatdan az olmayacaq".

APA-Economics”in məlumatına görə, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, sahibkarlara ödəniləcək maksimal məbləğ isə 5 000 manat həcmində müəyyənləşdirilib. 

"Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu fərdi sahibkarların muzdlu işçiləri də dövlət dəstəyi proqramından yararlanmaq imkanına malik olacaq. İnanıram ki, bütün bu dəstək tədbirləri, iqtisadi fəallığın qorunmasına, iş yerləri və sosial sabitliyin qorunmasına yönəlmiş, iqtisadiyyata və sahibkarlığa dövlət kredit zəmanəti dəstəyi, həmçinin, qanunvericilik güzəştləri proqramı, bizim gələcək iqtisadi artımımızı təmin etmək üçün bütün zəruri bazanı və elementlərini özündə əks etdirir", - deyə nazir qeyd edib. 

 

Hüseyn Vəliyev

Digər xəbərlər