Azərbaycanda sahibkarlara bu il veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb

Azərbaycanda sahibkarlara bu il veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
# 09 fevral 2021 12:12 (UTC +04:00)

Azərbaycanda ötən il güzəştli kreditlərin məbləği 127 mln. manat təşkil edirdisə, cari ilə bu rəqəmin 130 mln. manat təşkil edəcəyi hədəflənir.

"APA-Economics"in məlumatına görə, bunu Sahibkarlığın İnkişafı Fondu (SİF) ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, cari ildə qeyri-neft sahəsinin əksər sektorları ilə yanaşı elektron ticarətin, tikinti sektorunun, dağ mədəni, logistika və sərnişindaşıma, rəqəmsal bizneslərin və digər sahələrin inkişafına da maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur.

"Zəmanət və subsidiyaya gəldikdə, pandemik sahələr üçün, burada bizim hədəfimiz odur ki, 370 mln. manatı məbləğində bank kreditlərinin verilməsini mümkün edək. Ötən il bu rəqəm 148 mln. manat təşkil edib", - deyə K. Nəcəfov qeyd edib.

Mövcud kreditlərin subsidiyalaşdırılmasına gəldikdə, Fondun sədri bildirib ki, bu istiqamət üzrə ötən il 20 mln. manat ödənilib. Ümumi büdcə 100 mln. manat təşkil edir.

K. Nəcəfov onu da əlavə edib ki, Fonda güzəştli kreditlər üzrə edilən müraciətlərin 83%-i müsbət qiymətləndirilib. Dövlət zəmanəti üzrə yeni biznes kreditlərin verilməsi üzrə isə Fond tərəfindən 13%-nə zəmanət verilib. Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün müraciətlərin isə 84%-i SİF tərəfindən müsbət qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR