Azərbaycanda sahibkarlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib

Azərbaycanda sahibkarlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib
  • Clock-gray 13:03
  • calendar-gray 11 Aprel 2020

Bu ilin aprel ayının ilk on günü ərzində sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb, onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib. İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.

Qeyd edək ki, bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 15,5 milyon ABŞ dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. 2020-ci ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən reallaşdırılan qeyri-neft ixracının dəyəri 37 mln. dollarından çox olub. Həmçinin 2018-2019-cu illərdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 290 mln. dollar dəyərində ixrac həyata keçirilib.

Qeyri-neft sektoru üzrə ixrac həyata keçirmək istəyən fiziki və hüquqi şəxslər müvafiq sənədlərlə bağlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin [email protected] elektron poçtuna müraciət ünvanlaya bilərlər.

 

Hüseyn Vəliyev

Digər xəbərlər