Azərbaycanda spirtli içkilər noyabrda 4%-ə yaxın bahalaşıb

Azərbaycanda spirtli içkilər noyabrda 4%-ə yaxın bahalaşıb
# 10 dekabr 2020 16:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda spirtli içkilərin qiymət indeksi 103,1% təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən verdiyi məlumata görə, noyabrda spirtli içkilərin qiymət indeksi əvvəlki aya nisbətən 99,9%, ötən ilin noyabr ayına nisbətən isə 103,9% olub.

Bundan başqa, cari ilin yanvar-noyabr aylarında ölkədə tütün məmulatlarının qiymət indeksi 100% təşkil edib. Noyabrda bu göstərici əvvəlki aya nisbətən 118,5%, ötən ilin noyabr ayına nisbətən isə 116,3% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR