Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə dair tələb olunan əsas meyarlar açıqlanıb

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə dair tələb olunan əsas meyarlar açıqlanıb
# 16 yanvar 2020 15:54 (UTC +04:00)

Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə tələb olunan əsas meyarlar açıqlanıb.

APA-Economics”in məlumatına görə, 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, əsas meyarlar sırasına startapların yeni texnologiyalara əsaslanan istehsal sahəsinin mövcudluğu, mikro və kiçik sahibkar subyekti olması, həmçinin müəyyən reyestrdən keçməsi zəruridir.

Öz növbəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov əlavə edib ki, bu meyarların razılaşdırılması kifayət qədər uzun və məsuliyyətli proses oldu.

“Meyarlar o formatda hazırlanmalı idi ki, burada bir tərəfdən innovativ fəaliyyət üçün güzəştlər tətbiq edilsin, digər tərəfdən isə vergi güzəşti sui-istifadə elementinə çevrilməsin və ədalətsiz rəqabətə gətirib çıxarmasın. Biz kifayət qədər əminik ki, qəbul olan müvafiq qanunvericilik çərçivəsi bizə bu imkanı verir. Növbəti məsuliyyət zonamız inzibatçılığıdır və biz inanırıq ki bu sahədə də bizim bilik, bacarığımız, resurs və istəyimiz mövcuddur”, - deyə M. Cabbarov qeyd edib.

Xatırladaq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bundan öncə “APA-Economics”ə açıqlamasında bildirmişdir ki, startap şəhadətnamələrinin verilməsinə cari ilin əvvəlindən başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR