Azərbaycanda sterilizasiya qurğusundan geniş miqyasda istifadə olunacaq

Azərbaycanda sterilizasiya qurğusundan geniş miqyasda istifadə olunacaq
# 25 yanvar 2021 14:51 (UTC +04:00)

Azərbaycanda yaradılan sterilizasiya qurğusunun genişmiqyaslı istifadəsinə başlanacağı nəzərdə tutulur.

Bunu "APA-Economics"ə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri akademik Adil Qəribov deyib.

Onun sözlərinə görə, ötən il bu layihə üçün induksion period oldu, bu da əsasən sifarişçilərlə əlaqə yaratmasından ibarət idi: “Ötən il çox çətin dövr idi. Pandemiya səbəbindən bir çoxlarının iş qrafikində dəyişikliklər oldu. Biz əsasən razılaşmaları şifahi, onlayn qaydada əldə edirdik. Güman edirəm, yollar açılandan sonra biz sterilizasiya qurğusunun effektiv istifadə imkanlarını əldə edəcəyik. Hələlik isə pandemiya ilə əlaqədar olaraq ürəkaçan nəticələr yoxdur. Xırda sifarişlər var, amma biz daha böyük sifarişlərin olmasına köklənmişik. Mövcud sifarişlər əsasən müəyyən tibbi materialların, müxtəlif vasitələrin sterilizasiyası ilə bağlı idi ki, bunlar xidmət nöqteyi-nəzərdən sadəcə olaraq tibb müəssisələrinə yardım missiyası rolunu daşıyıb”.

Xatırladaq ki, ilk dəfə olaraq ölkədə sterilizasiya qurğusunu ötən ilin mart ayında istismara verilib. Qurğu mikroorqanizmləri məhv etmək üçün qamma şüalanma metodunu tətbiq etməyə imkan verir ki, bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının (taxıl, ət məhsulları, quru meyvələr, kartof və s.), həmçinin tibbi preparatların saxlama müddətini artırır. Qurğunun istismar müddəti 10 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR