Azərbaycanda virtual sahibkarlıq yarmarkası keçiriləcək

Azərbaycanda virtual sahibkarlıq yarmarkası keçiriləcək
# 17 dekabr 2020 16:11 (UTC +04:00)

Dekabrın 18-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində Virtual Sahibkarlıq Yarmarkası keçirəcək.

AMFA-dan “APA-Economics”ə verilən məlumata görə, yarmarka əsas məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqələr qurmaqdır. Bu yarmarka 15 fəaliyyət növü (arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və s.) ilə məşğul olan 100 sahibkarın 500-dən artıq məhsul çeşidini nümayiş etdirməyə imkan yaradacaq. Bu məhsulları virtual olaraq göstərərək, sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə oldu və son texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazanacaq. Bundan əlavə, istehsalçılar ümumi problem və gözləntilərini bölüşərək, fermerdən fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.

Tədbirdə bir sıra dövlət qurumunun rəhbərləri, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, ADSMIRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR