Azərbaycanda yükdaşımalar 12%, sərnişindaşımalar 54% azalıb

Azərbaycanda yükdaşımalar 12%, sərnişindaşımalar 54% azalıb
# 17 fevral 2021 19:30 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 12% və 53,8% azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 15,5 mln. ton yük daşınıb. Yüklərin 2,8%-i dəniz, 8,1%-i dəmir yolu, 0,3%-i hava, 51,9%-i

avtomobil nəqliyyatı, 36,9%-i isə boru kəməri ilə daşınıb.

“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 15,1% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,8% təşkil edib”, - hesabatda deyilir.

2021-ci ilin yanvar ayında nəqliyyatçılar 68,7 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8%-i avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR