Azərbaycanın daha 8 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycanın daha 8 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
# 23 mart 2021 20:50 (UTC +04:00)

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Agentlikdən APA-ya verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində martın 24-dən daha 8 pomidor istehsalı müəssisəsindən ("AGRICOLA" MMC, "ŞƏMS BOTANİKA" MMC, "AQROSTORM" MMC, "BƏHRƏ-2010" MMC, "YAŞIL RANÇO" MMC, "SOUTH TRADING" MMC, "EKO-GRUP 2018" MMC və Əliyev Məhərrəm Heydər oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 82 pomidor müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236948 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 131.6 %-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR