Azərbaycanın daha dörd müəssisəsinin Rusiyaya pomidor ixrac etməsinə icazə verilib

Azərbaycanın daha dörd müəssisəsinin Rusiyaya pomidor ixrac etməsinə icazə verilib
# 16 dekabr 2020 16:44 (UTC +04:00)

Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumatda bildirilir ki, "Rosselxoznadzor" 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor ixrac etməsinə icazə verilməsini mümkün hesab edir.

Rusiyaya pomidor ixrac etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir.

Qeyd edək ki, "Rosselxoznadzor" dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən "Aqroterm" müəssisəsinin Rusiyaya pomidor ixrac etməsinə icazə verildiyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR