Azərbaycanın investisiya imkanları Almaniyada təqdim olunacaq

Azərbaycanın investisiya imkanları Almaniyada təqdim olunacaq
  • Clock-gray 10:09
  • calendar-gray 17 Yanvar 2020

Fevralın 5-də "Frankfurt-da Bondacon" beynəlxalq işgüzar məsləhət şirkəti Almaniyada Federal İqtisadi İşlər və Enerji Nazirliyi adından Azərbaycan bazarı haqqında konfrans keçirəcək.

"APA-Economics"in Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") yaydığı məlumata istinadən xəbər verir ki, mobillik, logistika və infrastruktur sektorlarına yönələn tədbir, xarici şirkətlər arasında Azərbaycanda investisiya imkanları, mövcud çətinliklər və çərçivə şərtləri barədə məlumatlılığı artıracaq.

Tədbirdə "AHK Azərbaycan"ın icraçı direktoru Tobias Bauman son iqtisadi inkişaf, investisiya və biznes mühiti və Azərbaycanda mövcud biznes təcrübələri haqqında təqdimat keçirəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər