Azərbaycanın maliyyə sektorunda fərdi sahibklarların sayı artıb

Azərbaycanın maliyyə sektorunda fərdi sahibklarların sayı artıb
# 21 aprel 2020 17:28 (UTC +04:00)

Bu il aprelin 1-nə Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 2 590 nəfər təşkil edib.

"APA-Economics"in Dövlət statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeydiyyatdan keçmiş bu kateqoriya fərdi sahibkarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 723 vahid və ya 38,7% artıb.

Bu fəaliyyətlə məşğul olan fərdi sahibkarların 1 994 nəfərini və ya 77%-ni kişilər, 596 nəfərini və ya 23%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 927,8 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR