Azərbaycanın ən çox yeni hibrid avtomobili idxal etdiyi ölkələrin reytinqi - TOP-5

Azərbaycanın ən çox yeni hibrid avtomobili idxal etdiyi ölkələrin reytinqi - TOP-5
# 22 fevral 2021 09:50 (UTC +04:00)

2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, əvvəlki ilə nisbətən 2,7 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.

2020-ci ildə Azərbaycanın yeni hibrid minik avtomobillərinin idxal etdiyi əsas ölkələr – TOP-5:

#

Ölkə

Sayı

Dəyəri, mln. $

İllik dinamika

1

Yaponiya

4 752

21,315

39,8%

2

ABŞ

145

1,364

5,1%

3

Meksika

49

0,406

81,5%

4

Türkiyə

17

0,343

5,7 dəfə

5

Slovakiya

11

1,144

2,2 dəfə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR