Azərbaycanın qeyri-neft ixracı yanvarda 2,3% artıb

Azərbaycanın qeyri-neft ixracı yanvarda 2,3% artıb
# 19 fevral 2020 17:04 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycandan 140 796,29 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% və ya 3 153,84 min dollar həcmində artım müşahidə olunub.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayında ölkədə qeyri-neft ixracı 137 642,45 min dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvarında Azərbaycandan ümumilikdə 2 130 205,34 min dollar dəyərində 1 073 çeşiddə mal ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR