Azərbaycanın ticarət dövriyyəsinin 8 mlrd. dolları "Yaşıl dəhliz" istifadəçilərinin payına düşür

Azərbaycanın ticarət dövriyyəsinin 8 mlrd. dolları "Yaşıl dəhliz" istifadəçilərinin payına düşür
  • Clock-gray 10:55
  • calendar-gray 20 Dekabr 2019

Hazırda Azərbaycanda 505 hüquqi şəxs "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə edib.

Dövlət Gömrük Komitəsindən (DGK) "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, idxal əməliyyatlarının 25%-i, ixrac əməliyyatlarının 27%-i, ticarət dövriyyəsinin isə 8 mlrd. dolları "Yaşıl dəhliz" istifadəçilərinin payına düşür.

Komitədən bildirilib ki, risklərin analizi, uçot sisteminin yenidən qurulması, vergi orqanları ilə birlikdə təşkil edilən maliyyə nəzarətinin gücləndirilməsi hesabına "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, gömrük əməliyyatlarında şəffaflığın təmin olunması da həyata keçirilən islahatların nəticəsidir.

"Gömrük orqanlarının 2 il əvvəlki plan-proqnozla müqayisədə nəzərdə tutulandan 2 mlrd. manat artıq vəsaiti toplayaraq dövlət büdcəsinə köçürməsi "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində uğurlu addımdır", - deyə Komitədən bilirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər