Azərbaycanın tranzit yükdaşımaları cüzi azalıb

Azərbaycanın tranzit yükdaşımaları cüzi azalıb
# 19 mart 2021 18:03 (UTC +04:00)

Pandemiyanın iqtisadiyyatın bir çox sahələrinə mənfi təsir göstərməsinə baxmayaraq, tranzit sektorunda stabillik müşahidə olunub.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ildə 8,2 mln. ton tranzit yük daşınıb və əvvəlki illə müqayisədə cəmi 0,3% azalma qeydə alınıb. Qeyri-neft sektoru üzrə tranzit daşımalarda yüklərin həcmi son 6 ildə 3,5 dəfədən çox artaraq 2020-ci ildə 3,5 mln. ton təşkil edib.

Daşımaların 83%-i dəmir yolu, 17%-i isə avtomobillə (TIR) həyata keçirilib. TIR-la tranzit daşımalar son 6 ildə Şərq-Qərb tranzit dəhlizi üzrə ildə orta hesabla 100 min tondan artaraq 2020-ci ildə 600 min tona çatıb. Dəmir yolu ilə daşımalarda ən çox artım Şimal-Qərb marşrutu üzrə müşahidə olunub. Bu dəhlizlə daşımalar son 6 ildə 4 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR