Azərbaycanla Türkiyə arasında tərcihli ticarət sazişinə quşçuluq məhsulları da daxil edilə bilər

Azərbaycanla Türkiyə arasında tərcihli ticarət sazişinə quşçuluq məhsulları da daxil edilə bilər
# 30 dekabr 2020 14:21 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında imzalanan preferensial (tərcihli) ticarət haqqında sazişə daxil olan məhsullar kateqoriyasına quşçuluq və yumurta məhsulları da daxil edilə bilər.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycan və Türkiyə arasında təcrübə mübadiləsinin aparılması məqsədilə “toyuqçuluq və yumurtaçılıq” mövzusunda təşkil olunan dəyirmi masada qeyd olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında imzalanan Fəaliyyət Planında hər iki ölkə arasında quş əti və yumurta ticarətinin genişləndirilməsi ilə bağlı maddə olduğu və bu maddənin icrası məqsədilə hesabata daxil ediləcəyi diqqətə çatdırıb.

Bildirilib ki, hazırda Türkiyədə illik 22 mlrd. yumurta istehsal olunur ki, bunun da üçdə biri ixrac edilir. İstehsalın 300 mln. toyuqdan əldə olunduğunu qeyd olunub. Türkiyədə istehsal olunan yumurtaların Rusiya və ətraf ölkələrə azərbaycanlı sahibkarlar vasitəsilə də ixrac olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR